Hər şey açıq şəkildə baş verir - Xarici jurnalistlərin seçki təəssüratları
Bizi izləyin

Nida.az

Hər şey açıq şəkildə baş verir - Xarici jurnalistlərin seçki təəssüratları

Seçkiləri işıqlandırmaq üçün ölkəmizə gələn dünya KİV-lərinin nümayəndələri təəssüratlarını Secki-2015.az saytı ilə bölüşüb.

Mallory Moss Katz, jurnalist (ABŞ): “Seçicilərin təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə ultrabənövşəyi mürəkkəbdən istifadə edilməsi çox yaxşı üsuldur. ABŞ-da bu proses tam başqadır. Müsbət fikirdəyəm, məndə çox yaxşı təəssürat yarandı”.

Vladimir Zernts, jurnalist (Rusiya): “Mən ilk olaraq şəffaflığı qeyd etməliyəm. Seçkilərə münasibət çox ciddidir. Təşkilatçılıq yüksək səviyyədədir. Barmağın yoxlanması müsbət təcrübədir”.

Bernd Rainer Şubert, jurnalist (Böyük Britaniya): “Seçki prosesi çox xoşuma gəldi. Hər şey açıq şəkildə baş verir. Ən çox da seçicilərin yoxlanılması prosesini bəyəndim. Heç kim ikinci dəfə bülletendən istifadə edə bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm