Parlament seçkilərini baş tutmuş hesab etmək olar
Bizi izləyin

Nida.az

Parlament seçkilərini baş tutmuş hesab etmək olar

Milli Məclisə keçirilən seçkilərdə seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir müraciət daxil olmayıb.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, seçicilər seçkilərdə aktiv iştirak ediblər.

Onun sözlərinə, seçkiləri baş tutmuş hesab etmək olar: "Seçkilərin azad və şəffaf keçirilməsi təmin edilib".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirib.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm