Ramiz Mehdiyev: “Seçicilərin iştirakını yüksək dəyərləndirirəm” - VİDEO
Bizi izləyin

Nida.az

Ramiz Mehdiyev: “Seçicilərin iştirakını yüksək dəyərləndirirəm” - VİDEO

“Seçicilərin iştirakını yüksək dəyərləndirirəm, saat üçə qədər təxminən 43 faiz seçici səs verib”.

Publika.az Secki-2015.az saytına istinadən xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə deyib.

O bildirib ki, səsvermə zamanı heç bir insident baş verməyib. İnsanlar öz xoşları ilə istədikləri namizədə səs verirlər.

Beynəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi: “Onlar özləri artıq qərar veriblər, gəlmirlər. Bu, ikili standartın ən bariz nümunəsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm