• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MSK seçici fəallığını açıqladı

  • Nida.az
  • 1 Noyabr 2015 20:56
  • 417 Baxış
MSK seçici fəallığını açıqladı

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində yekun - saat 19:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

Publika.az xəbər verir ki, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan indiyədək ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 55, 7 faizi (2897188 nəfər) səsvermədə iştirak edib.

MSK parlament seçkilərində yekun seçici fəallığını açıqlayıb.

Ən fəal dairəni açıqlayan R.Gülməmmədov bildirib ki, ən fəal seçki dairəsi yenə də 14 sayIı Xəzər ikinci seçki dairəsi olub ki, bu dairə üzrə 39 309 nəfər seçici səsvermə hüququndan istifadə edib. Bu da həmin dairədə qeydiyyatda olan seçicilərin ümumi sayının 81.2 faizi deməkdir.

Ən passiv seçki dairəsi 30 saylı Suraxanı birinci seçki dairəsidir. Bu dairə ərazisində cəmi 13 min 470 seçici səs verib ki, bu da seçicilərin ümumi sayının 36.1 faizi deməkdir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR