“Rəy” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqladı - SİYAHI
Bizi izləyin

Nida.az

“Rəy” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqladı - SİYAHI

“Rəy” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov “Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, Mərkəz V çağırış Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

R.Abbasov bildirib ki, “Rəy” Monitorinq Mərkəzinin “exit-poll” təcrübəsi var. Onun sözlərinə görə, Mərkəz bundan əvvəl prezident və IV çağırış parlament seçkilərində “exit- poll” keçirib.

Mərkəz sədri söyləyib ki, budəfəki seçkilərdə Mərkəz 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində “exit-poll” keçirib.

R. Abbasovun sözlərinə görə, “exit-poll” Bakı və Sumqayıt şəhərlərini əhatə edib.

O deyib ki, “exit-poll”un keçirilməsinə 100-dən artıq kadr cəlb olunub: "Kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərib".

“Exit-poll”un nəticələri belə olub:

8 saylı Binəqədi seçki dairəsi - Azay Quliyev 52,3%

16 Yasamal 2-ci seçki dairəsi - Aytən Mustafayeva 48.9%

20 saylı Nərimanov II seçki dairəsi - Adil Əliyev 65.1%

27 Sabunçu II seçki dairəsi - Dilarə Cəbrayılova 59.9%

29 Səbael seçki dairəsi - Şəmsəddin Hacıyev 63.3%

34 Xətai II seçki dairəsi - Fuad Muradov 62.5 %

41 Sumqayıt I seçki dairəsi - Mirzəcan Xəlilov 48.1%

42 Sumqayıt II seçki dairəsi - Tahir Mirkişili 55.7%

43 Sumqayıt 2-ci seçki dairəsi - Muxtar Babayev 60.6 %

44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Salayev Hacı 44.9

Oxumağa davam et
Reklam
Reklam

Gündəm