Əli Əhmədov: “Qalib namizədlərimizin sayı 70-dən az olmayacaq”
Bizi izləyin

Nida.az

Əli Əhmədov: “Qalib namizədlərimizin sayı 70-dən az olmayacaq”

Yeni Azərbaycan Partiyası bu gün keçirilən parlament seçkilərinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirir.

Publika.az-ın xəbərinə görə, konfransda çıxış edən YAP icra katibinin müavini Əli Əhmədov bildirib ki, növbəti parlament seçkiləri baş tutmuş hesab olunur: “MSK ilkin nəticələrini aparır və yaxın zamanlarda elan edəcək. Seçkilər Azərbaycanda Milli Məclisin qəbul etdiyi qanunverici aktlarına uyğun şəkildə demokratik əsaslarda şəffaf keçirilib. Bu barədə qətiyyətlə fikir demək mümkündür. Seçicilər kifayət qədər fəal şəkildə iştirak ediblər. İlkin məlumatlara görə, 55 faiz seçici seçkilərdə iştirak edib. 5 il bundan əvvəl isə bu rəqəm 50 faizdən aşağı olub. Bu onu göstərir ki, seçici fəallığı kifayət qədər yüksək olub. Seçkilər normal şəraitdə keçirilib. Səsvermənin nəticəsinə ciddi təsir edə biləcək qanun pozuntuları olmayıb. Xırda məqamları nəzərə almasaq, bütövlükdə normal keçirildiyini demək olar. Bu da səsvermənin yaxşı təşkil olunduğundan xəbər verir. Səsvermədə partiyanın 115 namizədi iştirak edib. Namizədlərin seçkilərdə böyük şansları var. İrəli sürdüyümüz namizədlərin böyük hissəsi Azərbaycan seçicilərinin rəğbətini qazanacaqlar və patlamentdə təmsil olunacaqlar. “Exit-poll”un nəticələrinə əsaslanaraq hesab edirəm ki, YAP növbəti dəfə parlamentdə ən çoxsaylı partiya hüququnu qoruyub saxlayacaq”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda olan ictimai sabitlik seçkilərin normal şəraitdə keçirilməsinə səbəb olub: “Səslərin böyük bir hissəsini YAP irəli sürdüyü namizədlərə verildiyini əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. MSK qısa zamandan sonra seçkinin nəticələrini elan edəcək. Ancaq biz gözləntilərimizin necə olacağı barədə məlumat vermişdik. 72 deputatla 2010-cu ildə parlamentdə təmsil olunmuşuq. Qarşıya qoyduğumuz məqsədi - 5 il bundan əvvəlki nəticəni təkrarlaya biləcəyik. Əlbəttə ki, çox olarsa bu daha yaxşı olar. Amma hesab edirəm ki, qalib olan namizədlərimizin sayı 70-dən az olmayacaq”.

Ruslan Xəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm