• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əli Əhmədov: "Sosial şəbəkələrdəki görüntülər ciddi şəkildə araşdırılacaq"

  • Nida.az
  • 1 Noyabr 2015 21:32
  • 407 Baxış
Əli Əhmədov: "Sosial şəbəkələrdəki görüntülər ciddi şəkildə araşdırılacaq"

"Sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq və nəticəyə uyğun qərarlar veriləcək".

Publika.az-ın məlumatına görə, bunu baş nazirin müavini, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında parlament seçkilərinin başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, səsvermədə nöqsanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq: "Hesab edirəm ki, MSK və müvafiq qurumlar bunları ciddi şəkildə araşdıracaq. Faktlar təsdiq olunsa MSK tərəfdən əvvəlki illərdə olduğu kimi addımlar atılacaq".

Ə.Əhmədov bildirib ki, parlament seçkisində sosial şəbəkələrdə yayılan görüntülərə oxşar hadisələrin sayı olduqca azdır: "Bunlar seçki kampniyasına və nəticələrə kölgə salmağa əsas vermir".

Ruslan Xəlil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR