• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Amerikalı müşahidəçilər bəyanat yaydılar

  • Nida.az
  • 1 Noyabr 2015 21:49
  • 369 Baxış
Amerikalı müşahidəçilər bəyanat yaydılar

Noyabrın 1-də Amerika Müşahidəçilər Qrupu (AMQ) Azərbaycanda keçirilmiş parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

AMQ-nin sədri, ABŞ Konqresinin hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz qrupun 20 tanınmış keçmiş konqres üzvləri, baş icraçı direktorlar, sahibkarlar, siyasi müşavirlər və Amerikada tanınan digər yüksək səviyyəli şəxslərdən təşkil olunduğunu deyib. AMQ-na ölkə ərazisində seçki məntəqələrini seçməkdə tam azadlıq verildiyini bildirən S.Ortiz deyib: “125-dən artıq seçki məntəqəsi təsadüfi qaydada seçildi. AMQ seçki prosesini hərtərəfli izləyib təhlil etdi. Qrup Bakı şəhərində və Azərbaycanın bir neçə rayonunda seçkinin gedişini izlədi. Seçki prosesi ərzində yüksək fəallıq və beynəlxalq normalara müvafiq seçki prosesi müşahidə olunub. Səsvermə məntəqələrində quraşdırılmış 1000-dən artıq veb-kamera səsvermənin gedişini bütün dünyada izləmək imkanı yaradıb. Gördüklərimiz beynəlxalq aləmdə tanınan vətəndaş cəmiyyəti təşkilatlarının təklif etdiyi məqsədlərə müvafiq idi. Azərbaycan ədalətli, şəffaf və beynəlxalq müstəvidə qəbul olunan seçki keçirməyə böyük səylər göstərdi və bu məqsədə nail oldu”.

O, bildirib ki, seçki şəffaflığının əsas göstəricilərindən olan “exit-poll” tədqiqatına geniş imkan yaradılması olduqca müsbət haldır. Müşahidə aparılmış seçki məntəqələrinin heç birində qanun pozuntusu qeydə alınmadı. AMQ seçkilərin azad, ədalətli və şəffaf keçdiyinin şahidi oldu. Seçki prosesinə rəhbərlik edən şəxslər peşəkar və məsuliyyətli idi.

S.Ortiz vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının internet səhifəsində də səsvermə haqqında geniş məlumat mövcud idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR