Nida.az
Qazi və şəhid uşaqlarının təhsil haqqını dövlət ödəyəcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Sərəncam imzalayıb.
Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi
zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı,
suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi
əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan
edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas
və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil
müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun
tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri
miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK