Ermənilərin ölüm hökmü çıxardığı Tahir Kərimli: “Bu, mənim üçün son şans idi”
Bizi izləyin

Nida.az

Ermənilərin ölüm hökmü çıxardığı Tahir Kərimli: “Bu, mənim üçün son şans idi”

“Mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Parlament seçkiləri mənim üçün sonuncu şans idi”.

Bunu Publika.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamalarına əsasən, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən 66,3 faiz səs toplamış Tahir Kərimli deyib. O bildirib ki, parlament seçkilərində iştirakı sonuncu şans kimi qiymətləndirib.

Qeyd edək ki, Ermənistanın “Panduk” terror təşkilatı Vəhdət Partiyasının sədri Tahir Kərimli barəsində ölüm hökmü çıxarıb. Onu öldürəcək şəxsi külli miqdarda pul vəsaiti gözləyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm