TürkPA: Parlament seçkiləri beynəlxalq normalara tam cavab verir
Bizi izləyin

Nida.az

TürkPA: Parlament seçkiləri beynəlxalq normalara tam cavab verir

“Azərbaycandakı parlament seçkiləri beynəlxalq standartlara tam cavab verib və yüksək səviyyədə təşkil olunub”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.

TürkPA müşahidə missiyasının rəhbəri “Hilton” otelində keçirilən mətbuat konfransı zamanı bildirib ki, seçkidən əvvəl MSK sədri Məzahir Pənahovla görüşüblər və seçkilərə hazırlığın səviyyəsi ilə tanış olublar. Onun sözlərinə görə, TürkPA müşahidəçiləri noyabrın 1-də Bakının Nəsimi, Səbail, Yasamal və Binəqədi rayonlarındakı seçki məntəqələrində müşahidə aparıblar: “Texniki və prosedur qaydalarının, təlimatların hazırlanması müsbət haldır”.

Mətbuat konfransında TürkPA-dan olan nümayəndələr Jandos Asanov, Halil Ürün, Marat Tagimov, Saidulla Nişanov və Ahmet Öztürk iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm