QİƏT PM-nin nümayəndəsi: “Dünənki seçki bütün siyasi qüvvələrin qələbəsidir”
Bizi izləyin

Nida.az

QİƏT PM-nin nümayəndəsi: “Dünənki seçki bütün siyasi qüvvələrin qələbəsidir”

“Dünən Azərbaycanda Avropa standartlarına uyğun demokratik seçki keçirilib. Bu, bütün siyasi qüvvələrin qələbəsidir”.

Publika.az xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev təşkilatın Milli Məclisə keçirilən seçkilərlə bağlı “Hilton” otelində düzənlədiyi tədbirdə səsləndirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti, Yunanıstan parlamentinin nümayəndəsi Symeon Kedikoglou seçki prosesinə xüsusi hazırlıq görüldüyünü və heç bir pozuntu olmadan keçirildiyini bildirib. O, uzun illər seçki prosesini izləyən bir şəxs kimi fikirlərini və müşahidələrini bölüşüb: “Seçki sahəsində kifayət qədər təcrübəsi olan biri kimi fikirlərimi bölüşə bilərəm. 1989-cu ildən müxtəlif seçkilərdə iştirak etmişəm. 3 gündür burada həm seçkiyə hazırlıq, həm də seçki günü müxtəlif insanlarla söhbətlər aparmışıq. Apardığımız söhbətlər və müşahidələr hər hansı pozuntu baş vermədiyini göstərdi. Bütün müşahidələrimiz göstərir ki, seçki çox aktiv keçib, hər hansı problem baş verməyib. Seçkinin necə keçməsini həm də onun səhəri günü müəyyən etmək olur. Bu gün də müşahidələrimiz seçkinin çox yaxşı keçdiyini göstərir”.

Bolqarıstan parlamentinin təmsilçisi, seçkiləri müşahidə missiyasının üzvü Peter Georgiyev-Kanev son 10 il ərzində 3-cü dəfədir Azərbaycana gəldiyini və bütün dəyişiklikləri görə bildiyini deyib. O, ötən gün Bolqarıstanda da bələdiyyə seçkilərinin ikinci raundunun keçirildiyini vurğulayıb və bu iki seçkini müqayisə edib: “Bu iki seçkidə də seçici sayı Avropa Standartlarına uyğun idi. Azərbaycan xalqını seçkini Avropa standartlarına uyğun keçirdiklərinə görə təbrik edirəm. Bir sıra ölkələrdə seçki prosesini müşahidə etmişəm, xüsusən son bir neçə gün ərzində Bolqarıstan, Türkiyə və Azərbaycanda keçirilən seçkilər xalqın sülh istədiyini göstərir. Bu xalqlar kəskin dəyişikliklər arzusunda deyillər. Bizim ölkələrin xalqları kifayət qədər müdrikdir”.

Serbiya parlamentinin nümayəndəsi İqor Becic seçkilərdə təşkilatçılığın çox yüksək səviyyədə olduğunu bildirib: “Serbiyanı seçkilərdə 10-dan çox millət vəkili təmsil edirdi. Mənim də, həmkarlarımızın da fikri belədir ki, burada demokratik proses müşahidə olunur. Demokratik seçkilər keçirildiyi üçün Azərbaycan xalqını təbrik edirəm. Onu da qeyd edim ki, ölkələrimiz arasında dostluq əlaqələri var, gələcəkdə bu, müsbət istiqamətdə davam edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm