Türkiyəli müşahidəçi: “Bu seçki ilə türk dünyasının üzünü ağ etdiniz”
Bizi izləyin

Nida.az

Türkiyəli müşahidəçi: “Bu seçki ilə türk dünyasının üzünü ağ etdiniz”

“Azərbaycanda qərb standartlarına uyğun, günümüzün demokratiya prinsiplərinə uyğun bir seçki gerçəkləşdi”.

Publika.az xəbər verir ki, bunu Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver ötən gün Azərbaycanda Parlament seçkilərinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib.

Seçki prosesini izləmək üçün Bakının Xətai, Xəzər, Nizami, Yasamal rayonlarında, Sumqayıt şəhərində və digər ərazilərdə müşahidələr apardıqlarını deyən türkiyəli müşahidəçinin sözlərinə görə, yüksək təşkilatçılıqla keçən seçki türk dünyasının sabahı üçün güvən verir.

Seçkidə gənclərin və xanımların üstünlük təşkil etdiyini deyən A.Suverinin sözlərinə görə, vətəndaşlar seçkiyə bayrama gələn kimi gəlirdilər: “Azərbaycanda insanlar nəvələrinin əlindən tutaraq gülə-güllə, bayrama gələn kimi seçkiyə gəlir. Biz Bolqarıstan və Yunanıstanda da seçkiləri müşahidə etdik. Amma bu seçki həmin dövlətlərdəki seçkilərin fövqündə olan bir seçki idi. Seçki məntəqələrində kameraların olması da seçkinin şəffaflığından xəbər verir. Mənim ölkəmdə kameralar quraşdırılmayıb. Siz bu seçki ilə türk dünyasının üzünü ağ etdiniz. Bu təkcə Türkiyənin qənaəti deyildi. İspan və rus müşahidəçilər də bizimlə eyni fikirdə idilər. Seçki məntəqələrində insanların münasibətindən və seçkinin çox şəffaf və demokratik keçirilməsindən razı idilər”.

Mərmərə qrupu İdarə Heyətinin üzvü Fatih Saraçoğlu bildirib ki, seçkilərdə hər kəsin gülər üzlə, sevgi ilə vətəninə sahib çıxdığını görüblər: “Mən seçkidə gərginlik görmədim. Belə bir mükəmməl təşkilatçılığı heç bir ölkədə görməmişəm. Türkiyə sizin seçkidən bir sıra örnəklər aldı. Məsələn, sizdə yaşlı və xəstələrin evinə gedərək evlərində seçim etməyə imkan yaradırlar. Elə seçkiləri izləmək üçün müşahidə kameraların olması da yüksək haldır. Seçkiləri qısqanclıqla qarşılayan qüvvələr var. Qərb Türkiyəyə də eyni iftiraları atır. Amma bu, sizi narahat etməməlidir. Bunlar qısqanclıqdan doğan şeylərdir. Uğurlu seçki münasibəti ilə Azərbaycanı təbrik edirəm”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm