Sergey Lebedev: "Azərbaycanda seçkilər şəffaf keçirildi”
Bizi izləyin

Nida.az

Sergey Lebedev: "Azərbaycanda seçkilər şəffaf keçirildi”

“Noyabrın 1-də keçirilən parlament seçkilərində hər hansı qanun pozuntusu aşkarlanmayıb”.

Secki-2015.az saytının xəbərinə görə, MDB müşahidə missiyasının rəbəri Sergey Lebedev jurnalistlərə açıqlamasında belə deyib.

Seçicilərin seçki savadını və təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirən S.Lebedev bildirib ki, Azərbaycanda seçki təşkilatçılığı inkişaf edib.

“Təəssüratlarımız müsbətdir. Tam əminliklə deyə bilərəm ki, seçkilər şəffaf keçdi. Səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilərin izləməsi təqdirəlayiq hal idi. Dünən 1 seçki məntəqəsində oldum, orada 27 müşahidəçi gördüm. Bu, çox müsbət haldır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm