Rumıniyalı müşahidəçi: “Avropa üçün yenilik ola biləcək innovasiyanı gördüm”
Bizi izləyin

Nida.az

Rumıniyalı müşahidəçi: “Avropa üçün yenilik ola biləcək innovasiyanı gördüm”

“Müşahidə apardığımız bütün məntəqələrdə seçki yüksək səviyyədə təşkil olunmuşdu. Məntəqələrdə müxalifət, bitərəf və iqtidar nümayəndələri var idi. Əlillər, xəstələr üçün xüsusi daşınan qutular təşkil olunmuşdu”.

Publika.az xəbər verir ki, bunu Rumıniya Parlamentindən olan müşahidəçi Adrian Miroslav Merka ötən gün Azərbaycanda keçirilən Parlament seçkilərinin nəticələri ilə bağlı tədbirdə bildirib.

Seçkiləri izlədiyini, komissiya üzvləri ilə ayrı-ayrı söhbət etdiyini, hər hansı insidentlə üzləşmədiyini deyən müşahidəçinin sözlərinə görə, heç bir qanun pozuntusu baş verməyib və azad və demokratik seçkilər keçib: “Seçicilərlə söhbət etdik, onlar səs verdikləri namizədi tanıyırdılar. Dünən seçki məntəqəsinin yaxınlığında da vəziyyət normal idi. Hər hansı mitinq və etiraz yox idi, insanlar qanuna uyğun şəkildə səs verirdilər. Bütün bunlar deməyə əsas verir ki, seçkilər demokratik, şəffaf keçib. Mən bu seçkilərdə Avropa ölkələri üçün yenilik ola biləcək innovasiyanı gördüm. Belə ki, gözdən əlillər üçün xüsusi şərait yaradılmışdı. Onlar səsvermədən kənarda qalmamışdılar”.

Digər rumın nümayəndə Razvan Rotaru isə çox gözəl və qonaqpərvər ölkəmiz olduğunu deyib və bildirib ki, burada özünü yad kimi hiss eləməyib: “Dünənki seçkilər demokratik, azad, şəffaf oldu. Biz burada özümüzü yad kimi hiss eləmirik. Öz evimizdəki kimidir. Şəhərdəki təmizlik, abadlıq, insanlardakı diqqəti yüksək qiymətləndirirəm. Azərbaycan xalqı müsəlmandır, biz isə xristianıq. Mən bura gəlməmişdən əvvəl Azərbaycanı sevən dostlarım bildirdilər ki, Azərbaycanla Rumıniyanın tarixi, coğrafiyası eynidir. Mən yaxşı əlaqələr quracağımıza inanıram. Biz Azərbaycanın dostu olaraq necə bir ölkəniz olduğunu hər yerə çatdıracağıq. Mandat əldə edən deputatlara da uğurlar arzulayırıq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm