Aviqdor Liberman: “ATƏT-in heç bir səbəbi yox idi”
Bizi izləyin

Nida.az

Aviqdor Liberman: “ATƏT-in heç bir səbəbi yox idi”

“Bu seçkidə İsraildən 4 millət vəkili ilə təmsil olunmuşuq. Seçicilərin iştirakı, şəffaflıq baxımdan ümumi mənzərəni nəzərə alaraq seçkinin ən yüksək standartlara uyğun keçirildiyini bildirmək istəyirəm”.

Publika.az xəbər verir ki, bu sözləri İsrail Parlamentinin seçkiləri müşahidə missiyasının nümayəndəsi, deputat Aviqdor Liberman mətbuat konfransında deyib.

O, seçkilərdə iştirak mədəniyyətinin çox yüksək olduğunu müşahidə etdiklərini bildirib: “Bütün məntəqələrdə həm seçicilər, həm də məntəqə nümayəndələri prosesində çox səliqəli şəkildə iştirak edirdi. Heç kim qaydalardan kənara çıxmırdı”.

ATƏT-in seçkilərdə müşahidə missiyasından imtina etməsinə münasibət bildirən A.Liberman İsrailin ikili münasibətlərlə tanış olduğunu deyib: “Azərbaycanda seçkilərin şəffaf, açıq keçirilməsi xoş təəssürat yaratdı. Biz də İsrail olaraq dünya ictimaiyyətinin ikili standartları ilə qarşılaşırıq. Məncə, ATƏT-in Azərbaycanda keçirilən seçkiləri müşahidə etməyə nümayəndə heyəti göndərməmək üçün heç bir səbəbi yox idi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm