35 saylı dairədə nəticələr ləğv olunur? - MÜƏMMA
Bizi izləyin

Nida.az

35 saylı dairədə nəticələr ləğv olunur? - MÜƏMMA

35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının sədri İqbal Ağazadə ilə Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə arasında mübarizə hələ də davam edir.

Publika.az xəbər verir ki, dairədən kimin öndə olduğu hələlik məlum deyil. MSK-nın protokollar bölməsindəki məlumatlar sıfırlanıb. Eyni zamanda dairə “lider namizədlər”, “Namizədlərin səs faizləri” və hətta “Qeydə alınanlar” bölməsindən də çıxarılıb.

Ümumiyyətlə MSK-nın saytından 35 saylı Xətai üçüncü seçki dairəsi haqqında məlumatlar tamamilə silinib, bu dairədən ancaq seçici fəallığı ilə bağlı məlumatlar qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm