Çexiyalı müşahidəçi: “Azərbaycan demokratiyanı daha sürətlə öyrənib”
Bizi izləyin

Nida.az

Çexiyalı müşahidəçi: “Azərbaycan demokratiyanı daha sürətlə öyrənib”

“Azərbaycan demokratiya baxımdan çox inkişaf edib”.

Publika.az xəbər verir ki, bu sözləri Çexiya Parlamentinin seçkiləri müşahidə missiyasının nümayəndəsi Stanislav Berkovec deyib.

“Mənim ölkəmdə demokratiyanı hələ də öyrənirik. Lakin sizin ölkəyə baxanda deyə bilərəm ki, siz demokratiyanı daha sürətlə öyrənmisiniz. Dünən seçki prosesinin də təşkilatçılığı və ümumi proses demokratiyanın necə mənimsənildiyini sübut etdi” - deyə Çexiya təmsilçisi əlavə edib.

Çexiya Parlamentinin seçkiləri müşahidə missiyasının təmsilçisi Milan Sarapatka seçki prosesində 10-a yaxın məntəqədə olduqlarını, prosesi çox optimist dəyərləndirdiyini deyib.

Seçici aktivliyinin yüksək olduğunu deyən Vatslav Snopek xüsusən də qadınların aktiv iştirakını müsbət dəyərləndirib: “Seçki məntəqələrində siyasi partiyalardan daha çox adi vətəndaşların müşahidəçi kimi iştirak etməsi çox müsbətdir. Ümumiyyətlə, iştirakçıların aktivliyini müşahidə etdik. Xüsusən, bəzi məntəqədə bütün üzvlər qadın idi. Bütün bunlar insanların seçkilərin əhəmiyyətini dərk edərək prosesdə iştirak etdiyini sübut edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm