• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

GUAM PA-sı Azərbaycandakı seçkilərlə bağlı sənəd hazırlayıb

  • Nida.az
  • 2 Noyabr 2015 12:58
  • 201 Baxış
GUAM PA-sı Azərbaycandakı seçkilərlə bağlı sənəd hazırlayıb

“GUAM-ın Parlament Assambleyasının müşahidəçilər qrupu Milli Məclisə keçirilən seçkiləri Beynəlxalq standartlara uyğun dəyərləndiririk”.

Publika.az-ın məlumatına görə, bunu GUAM-ın baş katibi Valeri Çeçelaşvili ötən gün Milli Məclisə keçirilən seçkiləri dəyərləndirərkən deyib.

Həm Bakı, həm də Sumqayıtda bir sıra məntəqələrdə müşahidələr apardıqlarını bildirən V.Çeçalaşvili müşahidələr əsasında sənəd hazırladıqlarını vurğulayıb: “Səsvermə günü Bakıda 20, Sumqayıtda 7 məntəqədə müşahidələr aparılıb. Dünən beynəlxalq öhdəliklər, yerli və seçki qanunvericiliyinə uyğun seçki keçirilib. Seçkilərin təşkilatçılığı, seçki komissiyalarının təşkili baxımdan GUAM nümayəndələri tərəfindən heç bir pozuntu qeydə alınmayıb. Qeydə alınan xırda qüsurlar seçkinin nəticəsinə təsir edəcək səviyyədə deyil”.

Qeyd edək ki, GUAM nümayəndə heyətinin tərkibində Gürcüstan parlamentinin deputatı Zurab Abaşidze, Ukrayna Ali radasının millət vəkili İvan Krulko da təmsil olunub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR