İlham Əliyev Rumıniyanın prezidentinə başsağlığı verdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Rumıniyanın prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın prezidenti cənab Klaus İohannisə gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm