Serbiya Parlamentinin vitse-spikeri: “Bülletenlərin şəffaf şəkildə sayılmasını müşahidə etdik”
Bizi izləyin

Nida.az

Serbiya Parlamentinin vitse-spikeri: “Bülletenlərin şəffaf şəkildə sayılmasını müşahidə etdik”

“Dünən Azərbaycanda seçkilər şəffaf və demokratik şəraitdə keçirildi. Bu da sizin ölkədə iqtisadi və siyasi inkişafın davam etdirilməsi istiqamətində atılan addımların bir siqnalıdır”.

Bu sözləri Milli Məclisə keçirilən seçkiləri müşahidə missiyasının Serbiya Parlamentinin nümayəndəsi, parlamentin vitse-spikeri Vladimir Marinkovic deyib.

O, seçki günü səslərin sayılma prosesini müşahidə etdiklərini bildirib: “Nəsimi, Nərimanov və Nizami rayonlarında 3 dairənin 6 məntəqəsində olduq. Dünən seçkilərin Avropa və Dünya standartlarına uyğun keçirildiyini müşahidə etdik. Müşahidəçilər və nümayəndələrlə söhbət etmək imkanımız da oldu. İqtidar, müxalifət, media nümayəndələri və adi vətəndaşlarla da söhbət edə bildik. İki məntəqədə müstəqil namizədlərin nümayəndələri ilə görüş keçirdik. Baş çəkdiyimiz 6 məntəqədə heç bir müşahidəçi tərəfindən hər hansı irad bildirilmədi. Hər şey şəffaf və demokratik prinsiplərə uyğun keçirildi. Bu, Azərbaycanda demokratik mühitin inkişaf etdirilməsinə dair bir siqnaldır. Nəsimi rayonu 21 saylı dairə, 15 saylı məntəqədə bülletenlərin şəffaf şəkildə sayılmasını müşahidə etdik. Məntəqədə bülletenlər bizimlə yanaşı, müxtəlif siyasi partiyaların nümayəndələrinin nəzarəti altında sayılırdı. Bütün proses veb-kameraların nəzarətində idi. Bir çox ölkələrdə seçki məntəqələrində kameraların olması ənənəsi hələ də yoxdur. Bu seçkilərin siyasi sabitliyin artması, demokratiyanın inkişafına təkan verəcəyinə inanırıq. Azərbaycanın demokratik inkişafı Serbiya üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirik ki, ölkələrimiz arasında əlaqələr inkişaf edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm