İlham Əliyevlə Əhməd Davudoğlu arasında telefon danışığı olub
Bizi izləyin

Nida.az

İlham Əliyevlə Əhməd Davudoğlu arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Publika.az Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdi.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Baş naziri, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm