Asim Mollazadə: “Bu gün beynəlxalq hüquqi sistem dağılır”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “Bu gün beynəlxalq hüquqi sistem dağılır”

Asim Mollazadə: “Bu gün beynəlxalq hüquqi sistem dağılır”


“Krıma yol Qarabağdan açıldı. Bu gün Krımın işğal edilməsi, Ukraynadan qopardılması Qarabağ münaqişəsinin məntiqi nəticəsidir”.

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.Az -a açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün regionda baş verən bu proseslər vaxtilə Qarabağda baş verən proseslərin davamıdır: “Qarabağ da vaxtilə Azərbaycanın Krımı idi. Qarabağla bağlı qətnamələr qəbul edilmişdi, amma bu qətnamələr reallaşmadı. Münaqişə zamanında beynəlxalq hüquq çərçivəsində həll edilmədi və bunun davamı olaraq da bu gün Krımı Ukraynadan aldılar. Qarabağa hüquqi nihilizm nümayiş etdirilməsi, beynəlxalq hüquq normalarının icra olunmamasına görə bu gün beynəlxalq hüquqi sistem dağılır, kobud sürətdə pozulur. Qarabağa görə Azərbaycanın ərazisinin 20 faizini itirdi. Ardınca Gürcüstan və Moldova da eyni taleyi yaşadı. Bu gün də Ukraynanın böyük bir ərazisi işğal altındadır. Krım da Ukraynanın Qarabağıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm