“El”in adı dəyişdirilr
Bizi izləyin

Nida.az

“El”in adı dəyişdirilr

“El”in adını dəyişdirilr


“Əgər qurultay hərəkatın partiyaya çevrilməsi haqqında qərar çıxarsa, “El”in adını dəyişdirəcəyik”.Bu barədə “El” hərəkatının üzvü (hərəkat qurultaya hazırlaşdığı üçün bütün strukturları buraxılıb-red) Eldəniz Quliyev Publika.Az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, hərəkat hələ kimi ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərir: “Partiyaya çevrilmək qərarı olarsa, adın dəyişdirilməsi zəruri olacaq. Çünki qondarma “El” partiyası yaradıldı və dövlət qeydiyyatına alındı. Eyni ad altında iki partiya fəaliyyət göstərə bilməz”.

E. Quliyev “El” hərəkatından ayrılmış Əflan İbrahimovun yaratdığı “El” Partiyasının dövlət qetdiyyatına alınmasına mənfi münasibət bildirib.

“Çünki mənasız bir adamın yaratdığı mənasız bir qurumdur. Əgər bu qurum dövlət qeydiyyatına alınırsa, mən vallah icra strukturlarını başa düşmürəm”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm