Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə
təbrik mətubu ünvanlayıb.
Təbrikdə deyilir: "Tacqoyma gününüz münasibətilə Sizi və bütün
həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından
səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin
inkişafı bundan sonra da ümumbəşəri dəyərlərin təntənəsinə,
insanlar arasında qarşılıqlı anlaşma, hörmət və həmrəyliyin
bərqərar olmasına xidmət edəcəkdir".
İlham Əliyev Roma Papasına möhkəm cansağlığı, müqəddəs amallar
naminə fəaliyyətində uğurlar, məsləkdaşlarına daim əmin-amanlıq və
firavanlıq diləyib.
|