“Rusiya oyun oynayır” – Fəzail Ağamalı
Bizi izləyin

Nida.az

“Rusiya oyun oynayır” – Fəzail Ağamalı

“Rusiya oyun oynayır” – Fəzail Ağamalı

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Krımda keçirilən referendumun nəticələrini şərh edib.

Deputat Publika.Az-a açıqlamasında bildirib ki, Rusiya Krımda referendum keçirərək bu ərazini Rusiyaya birləşdirə bilib: “Düşünürəm ki, artıq Ukrayna Krımı itirib. Gözlənilən o idi ki, Qərb Rusiyaya qarşı daha çox təzyiq edəcək. Ancaq Qərb yalnız diplomatik və təmkinli addımlar atmaq və bəyanatlar verməklə öz işini bitmiş hesab etdi. Bunun əvəzində isə prezident Vladimir Putin daha qətiyyətli addımlar ataraq Krımı Rusiyaya birləşdirməyə nail oldu.

Rusiya telekanallarından əldə etdiyim məlumata görə referendumda hətta krımlılar da Rusiyaya birləşmək üçün fəallıq göstəriblər”.

Krımın ardınca son günlər Xarkovda və Donetskdə də ruspərəst qüvvələrin fəallaşmasına toxunan F.Ağamalı deyib: “İndi Rusiyanın Şərqi Ukraynada fəallaşması da Ukrayna dövləti üçün çox təhlükəlidir. Bu fəallaşma Ukraynanın ərazi bütövlüyü üçün ciddi təhdiddir. Ancaq ola bilsin ki, Rusiya Şərqi Ukraynada rusdilli əhalini ayağa qaldırmaqla dünyanı fakt qarşısında qoyub və gələcəkdə bundan Krım-Şərqi Ukrayna oyunlarında bazarlıq niyyəti güdə bilər. Yəni, Rusiya bununla Qərbə güzəşt kimi Şərqi Ukraynadan əl çəkər, Qərb isə əvəzində Krımın Ukraynaya birləşməsinə razılıq bəyanatı verər, ən azı isə neytral mövqe tutar. Bununla da Rusiya Qərbin ona qarşı sanksiyalarını sığortalamış olar. Düşünürəm ki, burada Rusiya oyun oynayır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm