Altay Göyüşov: “Azərbaycanda rusiyapərəstlər fəallaşıb”
Bizi izləyin

Nida.az

Altay Göyüşov: “Azərbaycanda rusiyapərəstlər fəallaşıb”

Altay Göyüşov: “Azərbaycanda rusiyapərəstlər fəallaşıb”


Tarixçi alim, REAL hərəkatının İdarə Heyətinin üzvü Altay Göyüşov eks-prezident Ayaz Mütəllibovun “1991-ci ilin mart ayında keçirilən referendumda Azərbaycan əhalisinin 60 faizi SSRİ-nin saxlanılmasının istəyirdi” sözlərini sərt tənqid edib.

Publika.Az xəbər verir ki, A. Göyüşov “Feysbuk” səhifəsində bununla bağlı yazıb ki, Mütəllibov gözünün içinə qədər yalan danışır: “O referendumda nə Gürcüstan iştirak etdi, nə də Ermənistan ki, biz müstəqil olmaq istəyirik. Əlbəttə, Mütəllibov gözünün içinə kimi yalan danışır. Çünki o hadisədən cəmi bir il qabaq burada Sovet ordusu qırğın törətmişdi, indiki kimi deyildi, hamı rus televiziyalarından üstümüzə axıdılan çirkabı görür və çarəsizlikdən, hiddətdən partlayırdı. Azərbaycan xalqı qətiyyən SSRİ-də qalmaq istəmirdi, rusun qulu hesab etdiyi Mütəllibova nifrət bəsləyirdi. Sadəcə, Mütəllibov hakimiyyətini rus tankları hesabına qoruyurdu. Bu sözlər daha çox onun özün aiddir. Çünki o vaxt Azərbaycanın sovet rəhbəri olan Mütəllibov bizim müstəqilliyimizi istəmirdi. Bunun qarşısını almaq üçün əlindən gələni edirdi. O bütün vücudu və varlığı ilə Rusiyanın adamı idi”.

A. Göyüşov qeyd edib ki, Azərbaycan xalqının bədbəxtliyi Azərbaycana Jirinoviski kimi münasibət bəsləyən bu adamı ölkənin ilk prezidenti seçməsinə imkan verməkdə olub. “Düzdür bir neçə ay sonra devirdik, qaçdı Moskvaya qulu olduğu ağalarının yanına. Müsahibənin gülməli yeri isə odur ki, adam israr edir ki, o referendum saxtalaşdırılmamışdı. Halbuki nəticədə göstərilirdi ki, guya azərbaycanlıların 94-95 faizi müstəqil filan olmaq istəmir, elə Rusiyanın tərkibində yaşamaq istəyir! Elə bil Azərbaycan Krım zad idi. İnandırım sizi heç Moskvanın özündə de SSRİ-nin saxlanmasını istəyən bu qədər adam tapmaq mümkün olmazdı”-deyə o bildirib.

A. Göyüşov bildirib ki, Azərbaycanda rusiyapərəstlər yaman fəallaşıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm