Türkiyənin baş kəşfiyyatçısı ilə Fətullah Gülən arasında GİZLİ MÜZAKİRƏ
Bizi izləyin

Nida.az

Türkiyənin baş kəşfiyyatçısı ilə Fətullah Gülən arasında GİZLİ MÜZAKİRƏ

Türkiyənin baş kəşfiyyatçısı Fətullah Gülənlə gizli müzakirə apardı

Fətullah Gülənin media qrupuna daxil olan "Samanyolu" telekanalının rəhbəri Hidayət Karaca Milli İstihbarahat Təşkilatının rəhbəri Hakan Fidanın Pensilvaniyadakı malikanədə Gülənlə təmas qurduğu iddiasının ortaya atıb.

İddialara görə MİT şefi F. Gülənlə görüşmək üçün ABŞ-a gedib və görüşdə ona bəzi xəbərdarlıqlar edib.
Publika.Az türk mediasına istinadən xəbər verir ki, Fidan Gülənə dövlət içində “paralel şəbəkəni” xatırladaraq “dövlətin kodları ilə oynama” xəbərdarlığını edib və bildirib ki, hüquqa ziddi hərəkətlərdən hər kəs ziyan görəcək.
“Dövlətin içində qalacaqsanız dövlət ənənələrini tapdamayın, hüquqdan kənara çıxmayın, kiçik bir zümrənin maraqları üçün dövlətin kodları ilə oynamayın. Bu hər kəsə zərər verər”-deyən MİT şefi camaatın əvvəlki halına dönməsini istəyib.

O bildirib ki, camaat qruplaşmaya çevrilib: “Camaat olun, təşkilat olmaqdan vaz keçin. Türkiyədə din və dövlət işləri normal vəziyyətə salındıqdan sonra dövlət içindəki tutduğunuz mövqelərinizi buraxmalısınız. Dövlətə şərik ola bilməzsiniz. Daha qanuni fəaliyyətə keçin, xeyir işlərlə məşğul olun. Artıq qaydalar dəyişdi. Belə davam etsəniz fəlakətə sürüklənəcəksiniz”.

Məlumata görə, H. Fidan Gülənlə ona bağlı şəbəkənin həyata keçirdiyi bəzi əməliyyatlar və sayı yüz minlərlə olan qanundan kənar dinləmələr müzakirə olunub.Bu görüşü ictimaiyyətə ilk dəfə "Samanyolu" telekanalının rəhbəri Hidayət Karaca açıqlayıb.

“Siyasi çevrələrdə hörmətli Fidanın Xocaəfəndini ziyarət etdiyi danışılırdı. Yaxşı siz hansı səbəblə Xocaəfəndi ilə görüşdünüz? 16 mayda geniş bir dosye verdin, sonradan gedib Xocaəfəndi ilə görüşdün. Hakan Fidandan soruşmaq lazımdır, nə üçün Xocaəfəndini ziyarət etdin. Bu necə bir işdir”-deyə o bildirib. Amma görüşlə bağlı danışmayıb, “bunu Hakan Fidandan soruşun” deyib.

Görüşdə Gülənin Fidana hansı formada cavab verdiyi çox maraqlı olsa da, məlum deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm