“On gün olmasın, bir - iki il olsun, Rusiya dağılacaq“ - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“On gün olmasın, bir - iki il olsun, Rusiya dağılacaq“ - MÜSAHİBƏ

“On gün olmasın, bir - iki il olsun, Rusiya dağılacaq“ - MÜSAHİBƏ

Vəfa Quluzadə: "İnanmıram ki, Putin Ukrayna böhranından salamat çıxsın"

Bir müddət öncə Teleqraf.com saytına müsahibəsində Rusiyanan 10 gün vaxt qoyan politoloq Vəfa Quluzadənin bu proqnozu kifayət qədər müzakirə olundu. Proqnoz nəinki özünü doğrultmadı, hətta Rusiya bir qədər də irəli gedərək Krımda referendum keçirərək yarımadanı özünə birləşdirdi. Bununla kifayətlənməyən Kreml digər ərazilərin də Rusiyaya birləşdiriləcəyinə dair dünyaya mesajlar ötürür. V.Quluzadə ilə bu dəfəki söhbətimizdə proqnozun özünü doğrultmamasının səbəblərindən danışdıq.

- Vəfa müəllim, Rusiya Krımı özünə birləşdirdi. Kremldə bayramdır, Putin özünü qalib, xöşbəxt prezident kimi aparır...

- Bilirsiniz, Krımın işğalından sonra Putinin şadyanalıq etməsi siyasi blefdir və daxili əhval-ruhiyyənin qaldırılmasına hesablanıb. Keçici bir hissdir. İlk növbədə bilmək lazımdır ki, Rusiya Krımı niyə işğal etdi. Putin bilirdi ki, Qərb onun işğalçı addımını pisləyəcək. Putin 15 illik hakimiyyətini qoruyub saxlamaq üçün bu addımı atdı. Rusiyada sosial-iqtisadi durum ağırlaşmaqdadır. Rublun qiyməti düşür, qiymətlər bahalaşır, əhalinin gəlirləri azalıb. Putin buna görə cavab verməlidir. Nəyə görə, 15 il ərzində ölkədə iqtisadi inkişaf yoxdur. O, çıxış yolunu Krımı işğal etməkdə gördü. Bu, çirkin yol idi. Xalq Putinin bu addımına görə, onu dəstəkləyir. Putin də xalqa mesaj verir ki, Krımı işğal elədik, amma aclığa hazır olun. Putin Rusiyadakı səfalət, korrupsiya, özbaşnalığa görə Qərbi ittiham edir. O, Krımı işğal etməkla xalq qarşısında möhlət qazandı. İndi xalqa nğıl deyəcək ki, düşdüyünüz bu vəziyyətin səbəbkarı Avropa və Amerikadır.

- Bir müddət öncə "Teleqraf.com"a müsahibənizdə bildirmişdiz ki, Rusiya 10 günə çökəcək. Proqnozunuz çox müzakirə olundu. Hətta buna kinayə ilə yanaşanlar da var...

- Əlbəttə ki, heç bir dövlət 10 günə dağıla bilməz. Rusiya bir gün ərzində 75 milyon dollar itirmişdi. Dedim ki, belə davam etsə, Rusiya çökəcək. Amma 10 gün məsələsi məcazi məna daşıyırdı. Qərb ekspertləri Rusiyanın dağılması müddəti kimi 2015-ci ili göstəriblər. Amma Krım hadisələri göstərir ki, Rusiya daha tez dağılacaq. Qərb Rusiya iqtidarını çökdürmək üçün açıq tədbirlər görəcək. On gün olmasın, bir il, iki il olsun. Rusiya kimi dünyada zəngin imperiya yoxdur. Nefti-qazı, qızılı, hər şeyi var, amma əhalinin sosial durumu ağırdır. Ölkə korrupsiya içərisində çabalayır. Rusiyanın gələcəyi yoxdur. O ayrı-ayrı dövlətlərə bölünəcək. Bu boyda imperiya öz-özünü idarə edə bilmir, amma Krıma soxulur. 1905-ci ildə Çar İmperiyası çökürdü. Yaponiya ilə müharibədə qazanılan qələbə rusların əhval-ruhiyyəsini qaldırdı. Amma 1917-ci iləd Çar İmperiyası çökdü. 2008-ci ildə də çökmüşdülər. Gürcüstan müharibəsi onları ayaqda saxladı. İndi də Krım məsələsi.

- Digər ərazilərin, o cümlədən, Dağlıq Qarabağın özünün də Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gəlib...

- Rusiya hələ Ukrayna böhranından çıxsın, ondan sonra digər ərazilərin bu ölkəyə birləşdirilməsindən danışmaq olar. Mən inanmıram ki, Rusiya və Putin Ukrayna böhranından salamat çıxsın. İqtisadi inkişaf baxımından Rusiyanı inkişaf etmiş yox, etməkdə olan ölkələrlə müqayisə etmək olar. Görürlər ki, iqtisadi cəhətdən inkişaf edə bilmirlər, başlayır qol gücü, silahla danışmağa. Keçmiş sovet ölkələrini şantaj edirlər ki, əgər Rusiyanın boyunduruğu altından çıxsalar aqibətləri pis olacaq. Guya, biz bilmiri ki, Qarabağ hazırda Rusiyanın nəzarətindədir? Azərbaycan torpaqlarını - Dağlıq Qarabağ bölgəsini erməni bayrağı altında Rusiya işğal etdi. Abxaziya, Osetiya, Dnestryanı əraziləri Rusiya işğal edib. Qərb bunu yaxşı bilir. Yaxın vaxtlarda Rusiyanı milli azadlıq hərəkatı bürüyəcək. Onda görəcəksiz ki, Vəfa Quluzadə düzgün proqnoz verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm