• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elnur Aslanovun səlahiyyətləri Əli Həsənova verildi

  • Nida.az
  • 19 Mart 2014 13:57
  • 632 Baxış
Elnur Aslanovun səlahiyyətləri Əli Həsənova verildi

Elnur Aslanovun Prezident Administrasiyasında rəhbərlik etdiyi Siyasi təhlil və informasiya təminatı şöbəsi ləğv edilib.

"Qaynar.info" xəbər verir ki, məlumata görə, vəzifəsindən azad edilən Elnur Aslanovun keçmiş rəhbəri olduğu şöbə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib.

Qeyd edək ki, İctimai-siyasi məsələlər şöbəsinə Əli Həsənov rəhbərlik edir.Əldə olunan digər məlumata görə isə Elnur Aslanovun kurasiyasında olan internet resursları da artıq yeni şöbədən təlimatlandırılacaq.

Yada salaq ki, Elnur Aslanov iki gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. E.Aslanov Türkiyədəki nurçular hərəkatına qoşulduğu bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR