"Sədərək" və "Binə" ticarət mərkəzləri vəhhabi və nurçularla doludur - AÇIQLAMA
Bizi izləyin

Nida.az

"Sədərək" və "Binə" ticarət mərkəzləri vəhhabi və nurçularla doludur - AÇIQLAMA

Şeyxin qardaşı dövlət üçün təhlükələrdən danışdı - AÇIQLAMA

Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun nurçuluqla əlaqəsi olduğuna görə tutduğu vəzifədən azad olunması barədə yazılan məlumatlara münasibət bildirib.

Deputat C.Paşazadə Publika.Az-a açıqlamasında söyləyib ki, artıq son günlər görülən tədbirlər və işdən çıxarılmalar cənab prezidentin bu məsələyə münasibətinin göstəricisidir. Onun sözlərinə görə, ötən gün Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən iclasda da nurçularla bağlı məsələ barədə söhbət aparılıb: “Yəni, artıq bütün təşkilatlarda bu cür söhbətlər gedir. Artıq bu məsələyə dövlətin münasibəti də bəllidir”.

"Sədərək" və "Binə" ticarət mərkəzlərində vəhabi və nurçuların olması barədə məsələ qaldırdığını da vurğulayan C.Paşazadə deyib: “İndi "Sədərək" və "Binə" ticarət mərkəzləri vəhhabilər və nurçularla doludur. Bu ticarət mərkəzlərində digər sektalardan olan adamlar da var, ancaq daha çox nurçu və vəhabilərdir. Hələ 10-12 il əvvəl evlərdə qeydiyyatda alınan dini sektaların nümayəndələri də var ki, onlar indi hələ də bizə ziyan verirlər. Bütün bunlar faktdır və bunu gizlətmək lazım deyil. Bunlara qarşı Şeyx mübarizə aparır, ancaq xalqın da dəstəyi olmalıdır, mətbuat bunu geniş formada yazmalıdır, telekanallarda isə bununla bağlı məlumatlar getməlidir və sairə. Gənclərə dövlətin siyasəti, milli maraqlar, həqiqi yol başa salınmasa, o zaman bu pis nəticələr verə bilər. Din əqidə deməkdir. Sağlam əqidə olmayan yerdə isə əlbəttə ki, həm xalq, həm də dövlət zərər çəkər. Bütün bunların olmaması üçün mətbuat ciddi şəkildə bu işlə məşğul olmalıdır. Bəzən mən bu barədə fikirlər söyləyən zaman mənimlə bağlı olmayan yazılar yazılır. Hətta, bu cür yazılar indi davam edir. Yəni, görünür ki, mənim dediyimi həqiqi sözlər həmin insanlara sərf etmir. Ancaq etiraf edək ki, bu işdə bizə yaxından kömək edən mətbuat orqanları da çoxdur. Həmin mətbuatın bu işdə böyük zəhməti var və mən bunu etiraf edirəm. Əslində, mətbuatın işi budur. Çünki xalq mətbuata baxır”.

Deputat Bütün Qafqazın Şeyxi olan qardaşı A.Paşazadənin Abu-Dabi səfəri zamanı onunla bir heyətdə millət vəkili Rəbiyyət Aslanovanın yer alması ilə bağlı mətbuatda yazılanları da şərh edib: “Bilirsiniz, belə şeylər doğru deyil. Bunlar boş-boş söhbətlərdir. Rəbiyyət Aslanova Milli Məclisin komitə sədridir, onun oğlu da cənab prezidentin Sərəncamı ilə vəzifəyə təsdiq olunan adam idi və Sərəncamı ilə də vəzifədən azad olundu. Bu məsələ cənab prezidentin öz səlahiyyətlərinə aiddir. Digər tərəfdən isə bu gün Rəbiyyət Aslanova millət vəkilidir və onun 40 minə yaxın seçicisi var. Bu o demək deyil ki, Rəbiyyət Aslanova Azərbaycan xalqına düşməndir" Onun öz vəzifəsi var".

Şeyxin qardaşı deyib ki, ancaq təriqətlərə meyl edən insanların hər birinin arxasında bu gün kütlə dayanırsa, bu, təhlükədir. Bu da təbii bir şeydir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm