Azərbaycan silah idxalını 378 faiz artırıb
Bizi izləyin

Nida.az

Azərbaycan silah idxalını 378 faiz artırıb

Azərbaycana idxal olunan silahların sayı 378 faiz artıb

Azərbaycan Avropanın ikinci ən böyük silah idxalçısıdır, təhlükəsizlik üzrə beynəlxalq araşdırmaçı təşkilatın hesabatında deyilir."Beynəlxalq silah ötürmədə tendensiyalar 2013" adlı hesabat 2009–13-cü illər arasında dünyada "böyük silahların" necə ötürülməsini ayırd edir, SIPRI (Stockholm International Peace Research Institute, Stokholm Beynəlxalq Sülh Araşdırması İnstitutu) deyir.

Publika.Az xəbər verir ki, Avropaya idxal olunan silahların 12 faizini alan Birləşmiş Krallıq birinci yerdədir, həmçinin 12 faiz alan Azərbaycan isə ikinci yerdədir. Üçüncü yeri 11 faiz alan Yunanıstandır.

Eyni zamanda qeyd olunur ki, 2004-2008 ilə müqayisədə 2009-13-cü illər arasında Azərbaycana idxal olunan silahların sayı 378 faiz artıb.

Bu, Avropadakı tendensiyadan çox fərqlənir. Ümumilikdə Avropaya gələn silahların sayında 25 faiz azalma müşahidə olunub.

Orta Şərqə aid rəqəmlər demək olar ki, dəyişməyib; Afrikaya, Amerikalara, Asiya və Okeaniyaya gələn silahların sayı isə bu iki müddət arasında kəskin artıb.2009-13 arasında beş ən böyük ixracatçı ABŞ, Rusiya, Almaniya, Çin və Fransa olub.

Həmin müddət ərzində Azərbaycanın idxal etdiyi silahların 80 faizi Rusiyadan gəlib. Silahların kifayət qədər böyük hissəsi Belarus, Ukrayna, İsrail və Türkiyədən də gəlib, hesabatda deyilir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm