Nida.az
"Jirinovskinin Azərbaycana və Türkiyəyə qarşı nifrəti var, çünki.." - RƏY
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin nə
əxlaqı, nə də mənəviyyatı var, o, xəstədir, şizofrenikdir. Bunu
Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin
müavini, millət vəkili Siyavuş Novruzov V.Jirinovskinin Azərbaycan
xalqının ünvanına söylədiklərinə münasibət bildirərkən
deyib.
S.Novruzov bildirib ki, V.Jirinovski hələ ötən əsrin 70-ci
illərində Sovet İttifaqının Türkiyədəki səfirliyində işləyəndə
orada kommunist-sosialist idealogiyasının təbliği ilə məşğul
olduğuna görə, Türkiyə höküməti tərəfindən həbs olunub və zindanda
saxlanılıb. Ondan sonra "persona non-qrata" elan olunub: "Buna görə
də Jirinovskinin Türkiyə və Azərbaycana qarşı daxili nifrəti var,
mütəmadi olaraq, məqamı düşdü-düşmədi, Azərbaycan haqqında nalayiq
fikirlər söyləyir, xəstə təfəkkürünün, təxəyyülünün məhsulunu
ortaya qoyur".
YAP rəsmisi qeyd edib ki, istər Rusiyada, istər Qərbdə, istərsə
də beynəlxalq təşkilatlarda V.Jirinovskini insan kimi yox, təlxək
kimi qəbul edirlər: "Jirinovski şahın təlxəyi rolunu oynayır. Qədim
dövrlərdə saraylarda şahın təlxəyi olurdu ki, şahın bəyəndiyi
sözlər deyirdi, ifadələr işlədirdi, atılıb-düşürdü, şou göstərirdi.
Bu gün isə Jirinovski Rusiya parlamentində təlxəkliklə
məşğuldur".
Rusiyada yaşayan Azərbaycan diasporunun fəallarının, o cümlədən Abbas Abbasov, Söyün Sadıxovun V.Jirinovskinin bəyanatını cavabsız qoymalarından təəssüfləndiyini deyən deputat bildirib ki, onların heç biri VJirinovskinin bəyanatlarına reaksiya vermir, əslində isə gərək onların hamısı buna ciddi şəkildə reaksiya verə, mitinq, nümayiş keçirələr: "Təəssüflər olsun ki, orada olan nə bizim oliqarxlar, nə də digərləri bir fikir ortaya qoymurlar. Bu da ondan irəli gəlir ki, bunların onlardan hansısa çəkinəcəyi var".
Xatırladaq ki, V.Jirinovski çıxışında qeyd edib: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı".
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO