Nida.az
İmran Cəfərovun valideynləri Prezidentə təşəkkür etdi - Məktub
İmranın valideynləri Cəfərov İbrahim və Cəfərova Nuridə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar( AzərTAc).
Məktubda qeyd olunur: "Möhtərəm cənab Prezident! Bu məktubu Sizə balaca İmranın dili ilə yazan Sizin göstərdiyiniz misilsiz mərhəmət və qayğı sayəsində ona yenidən qovuşmuş Cəfərovlar ailəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun gözləmə otağına daxil olanda gözlərimizə inanmadıq, balaca İmranın Bakıya dönmə xəbərini eşidib onu qarşılamağa o qədər insan gəlmişdi ki, elə bil hamı bu möcüzənin - onun bağışlanmaz bir məsuliyyətsizlik nəticəsində itirdiyi ayaqları ilə yenidən sərbəst gəzməsinin şahidi olmaq istəyirdi. Sizin sayənizdə bu günü görmək bizə nəsib oldu. O dəhşətli anlarda Sizin köməyiniz olmasaydı, bir valideyn kimi bu çətinliyi necə dəf edəcəyimizi, necə adlayacağımızı təsəvvür edə bilmirik.
Möhtərəm cənab Prezident! Siz balaca İmranın xilaskarı, onun ikinci dəfə anadan olmasının, həyata, bizlərə dönməsinin səbəbkarısınız. Sizə İmranın bütün ailə üzvləri və onun taleyi ilə bu müddət ərzində maraqlanan mərhəmətli Azərbaycan xalqı adından öz sonsuz minnətdarlığımızı bildiririk!
Təki İmran boya-başa çatıb Sizə və ölkəmizə layiqli bir vətəndaş olsun. Bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Ulu Tanrıdan arzu edirik ki, Siz hər zaman xalqımızla olasınız! Bu bayram ərəfəsində Sizə və ailənizə uzun ömür, cansağlığı, xoş bayram ovqatı arzu edirik! Allah Sizə balalarınızın xoşbəxt günlərini nəsib etsin!"
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO