Əfqanıstan xarici işlər naziri Azərbaycan müdafiə nazirinin qonağı olub
Bizi izləyin

Nida.az

Əfqanıstan xarici işlər naziri Azərbaycan müdafiə nazirinin qonağı olub

Əfqanıstan xarici işlər naziri Azərbaycan müdafiə nazirinin qonağı olub

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.Az – a bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Z.Həsənov Azərbaycan ilə Əfqanıstan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, tərəfdaşlıq əlaqələrinin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu bildirib.

Qonaq Azərbaycanla Əfqanıstan arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib və NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna 1 milyon avro ayrılmasını da ölkəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə verilən töhfə kimi qiymətləndirib.

Daha sonra ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Miraslam Vazeri də iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm