Haaqada Qarabağ münaqişəsi üzrə görüşlər keçiriləcək
Bizi izləyin

Nida.az

Haaqada Qarabağ münaqişəsi üzrə görüşlər keçiriləcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə martın 23-25-də Haaqada görüşlər keçirəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə martın 23-25-də Haaqada görüşlər keçirəcəklər.

Bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.

“Ermənistan və Azərbaycan prezidentləri, o cümlədən xarici işlər nazirləri ilə görüşlərin Haaqada nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacağını səbirsizliklə gözləyirik”, həmsədr qeyd edib.

Xatırladaq ki, martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında Haaqada Ermənistandan olan həmkarı Edvard Nalbandyanla görüşəcəyini bildirib.

Həmsədrlərin regiona növbəti səfərləri aprel ayına planlaşdırılır. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm