Sərkisyan Putinlə Qarabağ və Krımdan danışdı
Bizi izləyin

Nida.az

Sərkisyan Putinlə Qarabağ və Krımdan danışdı

Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Bu barədə "RİA Novosti" xəbər yayıb.

Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Bu barədə "RİA Novosti" xəbər yayıb.

Məlumata görə, prezidentlər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini və bu istiqamətdə atılan addımları müzakirə ediblər.

ATƏT-in Minsk Qrupunda həmsədr qismində Rusiyanın fəaliyyətini yüksək qiymətləndirən S.Sərkisyan həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş birgə səylərinin vacibliyini vurğulayıb. O, Ermənistanın münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiq edib.

Tərəflər həmçinin Krımdakı vəziyyəti və Ermənistanın Gömrük İttifaqına qoşulması məsələlərini müzakirə ediblər. Telefon danışığı S.Sərkisyanın təşəbbüsü ilə baş tutub. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm