AKP SOCAR-a təşəkkür etdi
Bizi izləyin

Nida.az

AKP SOCAR-a təşəkkür etdi

AKP SOCAR-a təşəkkür etdi

İqtisadiyyat "Azəri qardaşlarımızla təkcə qardaşlıq münasibətləri deyil, eləcə də sıx iqtisadi əlaqələrimiz var. TANAP-ı bura daxil edərsək 20 milyard dollarlıq yatırımdan söhbət gedir. Bu həyəcanverici bir rəqəmdir. SOCAR-ın yatırımı Türkiyədəki siyasi sabitliyə inamı daha artırdı".

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Petkim limanın görülən işlərlə tanış olarkən bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən layihənin önəmindən söz açıb.

Taner Yıldız Türkiyədə ən böyük liman olacaq Petkim limanındakı işlərin 2015-ci ildə yekunlaşacağını qeyd edib: "Burada görülən işlərin Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsi üçün önəmli yeri var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm