"Rusiya Avropanın digər hissələrini işğal etməyəcək" - Təminat
Bizi izləyin

Nida.az

"Rusiya Avropanın digər hissələrini işğal etməyəcək" - Təminat

"Rusiya Avropanın digər hissələrini işğal etməyəcək" - Təminat

Rusiya: Krımın ilhaqıı "planlaşdırılmamışdı"

Moskvanın Avropa İttifaqına səfiri bildirib ki, Krımın Rusiyaya "yenidən birləşməsini" müsbət qarşılasa da, bu addım planlaşdırılmamışdı.

Publika.Az-ın verdiyi xəbərə görə, Vladimir Çijov BBC-ə deyib ki, bu, 60 il davam edən "anormallığın" sonuna gətirib çıxarıb.Krımda keçirilən referendumdan sonra cümə günü Rusiya Ukrayna regionunun anneksiyasını rəsmiləşdirib.Şənbə günü Rusiya əsgərləri və rusiyapərəst etirazçılar Krımda iki Ukrayna hərbi aviabazanı zəbt edib və onları Rusiyanın nəzarəti altına alıblar.

Çijovun sözlərinə görə, Krımdakı Ukrayna əsgərləri istefa vermək, Rusiya ordusuna qoşulmaq və ya ərazini formada tərk etmək arasında seçim etməlidirlər.ABŞ-ın Ukraynaya hərbi yardım və ya qoşun göndərməsi "böyük səhv" olar, Rusiya rəsmisi xəbərdarlıq edib.

"Rusiya Kiyevdəki yeni höküməti tanımasa da, onların Ukraynadakı rusiyalıların hüquqlarını müdafiə edəcəyini gözləyir . Biz istəyirik ki, Kiyevdəki hakimiyyət şərqi Ukraynada yaşayanların - etnik rusiyalılar, rusdillilər, şərqi Ukraynanın bütün əhalisinin maraqlarını qorusun".

O əlavə edib ki, Rusiya Ukrayna və ya Avropanın digər hissələrinə qoşun göndərmək fikrində deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm