• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fətullah Gülən Elnur Aslanova xüsusi tapşırıqlar verdi – İddia

  • Nida.az
  • 24 Mart 2014 14:11
  • 2 262 Baxış
Fətullah Gülən  Elnur Aslanova xüsusi tapşırıqlar verdi – İddia

Publika.Az-ın poçtuna Prezident Administrasiyası Analitik Təhlil və İnformasiya Təminatı şöbəsi vəzifəsindən azad olunan Elnur Aslanov haqda maraqlı məlumatlar daxil olub. Yazıda iddia olunur ki, onun himayə etdiyi gənclər təşkilatları arasında ASAİF və İRƏLİ İctimai Birliyinın olması heç kimə sirr deyil. Lakin, bunlar hamısı deyil. Belə ki, 2012-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış”adlı ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan mötəbər tədbirə Azərbaycandan QHT-lər məhz Elnur Aslanovun himayəsi ilə salınıb.

Bu şəxslər Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Şahin Seyidzadə, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov, ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyeva və Azərbaycan Gənclər Alyansının sədri Leyla Məmmədlidir. Leyla Məmmədli hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətində çalışır. Ora Elnur Aslanovun himayəsi ilə yerləşdirilib və SOCAR-ın ABŞ-la əlaqələrini oradan yürüdür.

Konfrans iştirakçılarının geniş heyətdə ABŞ-ın müxtəlif siyasi dairələri ilə bağlı olan şəxslərlə, ABŞ konqresmenləri və vitse prezident Cou Baydenlə konfrans çərçivəsində görüşləri olub. Lakin orada ictimaiyyətə məlum olmayan daha bir gizli görüş olub ki, bu da Elnur Aslanovun Fətullah Gulənlə təşkil olunan görüşüdür. Elnur Aslanov bu görüşdə Fətullah Xocadan xüsusi tapşırıqlar alıb. İddia edilir ki, adı çəkilən QHT sədrləri və Milli Məclisin üzvü Ceyhun Osmanlı da bu görüşdə iştirak ediblər. Etibarlı mənbədən verilən məlumata görə Vaşinqtonda sözügedən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış” lobbi tədbiri məhz Fətullah Gülənin himayəsi altında fəaliyyət göstərən və onun ABŞ-dakı şəbəkə təşkilatı sayılan Türk Amerikan Alyansının dəstəyi ilə baş tutub.

ABŞ-dakı məlum görüşdən sonra adı çəkilən şəxslər Elnur Aslanovdan geniş dəstək almağa başlamışlar. Belə ki, həmən ilin 30 iyun tarixində gənclər sektorunda elə də nüfuzu ilə tanınmayan və o zamanlar Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri olan Şahin Seyidzadə Elnur Aslanovun himayəsi və nurçu şəbəkəsinin üzvü olaraq hələ də fəaliyyətdə olan Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun və Milli Məclisin üzvü Ceyhun Osmanlının gənclər təşkilatlarına və alternativ namizədlərə etdiyi qeyri-qanuni təzyiqlər vasitəsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə gətirilir. Elnur Aslanov bu şəxslər vasitəsilə seçki prosesinə müdaxilə edərək şəxsən Milli Şuranın seçki konfransında iştirak edir və gənclər təşkilatlarının seçiminə Şahin Seyidzadənin xeyrinə təsir göstərir və nəticədə Şahin Seyidzadə Milli Şuranın sədri seçilir.

Vüqar Əhmədovun rəhbərlik etdiyi təşkilat-Amerika Azərbaycan Gənclər Birliyi Prezident Yanında Strateji Araşdırmalar Mərkəzindən siyasi və maddi dəstək almağa başlamışdır, SAM-la Amerika istiqamətində bir neçə uğurlu layihələr müştərək həyata keçirilib. Vüqar Əhmədovun vasitəsi ilə SAM Amerika Azərbaycan münasibətləri ilə bağlı ötən il beynəlxalq konfrans keçirmiş və onun Amerika ilə bağlantıları vasitəsilə bır sıra ABŞ ekspertlərinin Azərbaycana gəlişini təmin edilib.

Eyni zamanda məlum tədbirdən sonra həmən ilin iyul ayında ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyevanın xüsusi xidmətləri nəticəsində ilk dəfə prezident Administrasiyasınının rəsmisi Elnur Aslanov bu təşkilatın qərərgahında təşkilat üzvləri ilə geniş görüş keçirib və bu andan etibarən təşkilat Elnur Aslanovun tam nəzarətinə keçmişdir. Amerikanın Azərbaycandakı səfirliyinin xüsusi himayəsində və nəzarətində olan bu təşkilatın Elnur Aslanovun nəzarətinə düşməsi səfirliyin narahatçılığına və gizli etirazına da səbəb olub. Bu andan etibarən ABŞ Təhsilli Məzunlar Birliyinin kurasiyasını Elnur Aslanov Ceyhun Osmanlıya tapşırıb və Amerika Azərbaycan Alyansının təsisçisi və iş adamı Anar Məmmədovun idarə etdiyi şirkətlər vasitəsi ilə ABŞ Təhsilli Məzunlar Birliyinin iri həcimli maliyyə layihələri maliyyələşməyə başlanıb.


P.S. Yazıda adıkeçən şəxslərin də mövqeyini verməyə hazırıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR