Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Bizi izləyin

Nida.az

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir - ÖZƏL

Aprelin 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə Publika.Az-a diplomatik mənbədən məlumat verilib.

Məlumata görə, bir neçə gün davam edəcək səfər zamanı Türkiyə nümayəndə heyəti prezident İlham Əliyevin qəbulunda olacaq. Bundan əlavə, türkiyəli qonaqların Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov və digər dövlət rəsmiləri ilə görüşləri planlaşdırılır. Səfər zamanı hərbi əməkdaşlıqla bağlı müvafiq sənədlərin imzalanması da gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm