Prezidentlərin görüşü barədə ilkin razılaşma var - Yeniləndi (Foto)
Bizi izləyin

Nida.az

Prezidentlərin görüşü barədə ilkin razılaşma var - Yeniləndi (Foto)

Azərbaycan Prezidenti həmsədrlərlə müzakirə apardı

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün keçirilməsi barədə şifahi razılıq əldə olunub. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərində Dağlıq Qarabağ məsələsi üzrə görüşün keçirilməsinə dair razılıq əldə olunub.Hazırda mümkün görüşün vaxtı müəyyənləşdirilir.

16.04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm