• USD 1,7475 0,00% EUR 1,8490 0,00%
    • GBP 2,1933 0,00% RUB 0,0303 0,00%

Ukrayna Krımdan bütün hərbi qüvvələrini çıxarır - Əmr

  • Nida.az
  • 24 Mart 2014 16:46
  • 687 Baxış
Ukrayna Krımdan bütün hərbi qüvvələrini çıxarır - Əmr

Publika.Az xəbər verir ki, Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov müdafiə nazirliyinə Ukrayna ordusunun Krımdan çıxarılmasını göstəriş verib.O bildirib ki, məqsəd Krımdakı Ukrayna hərbçiləri və ailələrinin həyatını qorumaqdır.Fərman Rusiya hərbçilərinin Ukraynanın Feodosiyadakı hərbi dəniz bazasına hücum etməsindən bir neçə saat sonra verilib.


Rusiya Krımdakı bütün Ukrayna bazalarını öz nəzarətinə götürüb.Rusiya müdafiə nazrliyinin məlumatına görə hazırda Krımdakı 189 hərbi obyekt üzərində Rusiya bayrağı qaldırılıb.

ABŞ Dövlət katibi Con Kerri bu gün Haaqada jurnalistlərə bildirib ki, Krım məsələsi Suriyadakı kimyəvi silahların məhv edilməsində Rusiya ilə əməkdaşlığa təsir edə bilər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR