Nida.az
Prezident Haaqada III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir
Martın 24-da Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə
iştirak edir.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi
təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan
yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və
hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların
rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin
əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının
sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu
sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər
müzakirə olunur.
Bu Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal
iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə
verməsi beynəlxalq birik tərəfindən təqdir olunur.
Martın 24-də III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin
rəsmi salamlanması ilə başladı.
Niderland Krallığının Baş naziri Mark Rütte Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Nüvə Təhlükəsizliyi Sammiti "Nüvəsiz dünya" videoçarxının nümayişi
ilə başladı.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Zirvə görüşünü
açıq elan edən Niderlandın Baş naziri Mark Rütte Sammit
iştirakçılarını salamladı. 2010-cu ildə ABŞ Prezidenti Barak
Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə
təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin
görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin
gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı.
Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin
təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə
hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirdi. Bundan
əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının Prezidenti
Pak Kın He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin
olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu məsələdə öz
dəstəyini əsirgəmədiyini vurğuladı.
BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən
onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında
xüsusi əhəmiyyəti ilə seçildiyini bildirdi. Nüvə təhlükəsizliyinin
müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin
bu sahədəki missiyasının səmərəli olduğunu vurğuladı.
Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirdi. Bu
çərçivədə "Siyasətin ssenari əsasında müzakirəsi" mövzusunda iclas
keçirildi.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO