• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Nurçuların vəzifədən uzaqlaşdırılması düzgün qərardır” – Rəy

  • Nida.az
  • 26 Mart 2014 09:43
  • 697 Baxış
“Nurçuların vəzifədən uzaqlaşdırılması düzgün qərardır” – Rəy

“Nurçuların vəzifədən uzaqlaşdırılması Azərbaycan rəhbərliyinin olduqca vaxtında və düzgün bir qərarıdır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Adığözəl Məmmədov son günlərdə nurçuluğa xidmət etməklə bir sıra dövlət adamlarının vəzifədən uzaqlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi iradənin arxasında heç bir xarici qüvvənin təsiri ola bilməz:

“Ümumiyyətlə hər kimin işdən azad edilib-edilməməsi Azərbaycanın siyasi rəhbərliyinin özünün verdiyi qərarıdır. Bu baxımdan burada dövlətimizin xüsusi xidmət orqanlarının rolunu da məxsusi qiymətləndirmək lazımdır. Bu gün Azərbaycan dövləti güclüdür və hər hansı dini təriqət təsir edərək, onun içərilərinə nüfuz edə bilməz. Əgər elə bir hal olarsa, şübhəsiz ani olaraq qarşısı alınacaqdır”.

Adığözəl Məmmədov eyni zamanda son günlərdə “Ərdoğanın növbəti hədəfi Rövnaq Abdullayevdir” və ya “Ceyhun Osmanlının nurçuluq biznesi var” kimi məsələlərin də gündəmə gəlməsinə münasibətini bildirdi:

“ Həmin şəxslərin fəaliyyəti müvafiq strukturlar tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcəkdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR