“Qara Tofiq” İsa Qəmbərin adı hallanan 20 milyonluq qalmaqaldan danışdı - ÖZƏL
Bizi izləyin

Nida.az

“Qara Tofiq” İsa Qəmbərin adı hallanan 20 milyonluq qalmaqaldan danışdı - ÖZƏL

"Ümumiyyətlə Abbas Abbasovla münasibətlərim iki insanın münasibəti kimidir, hansısa siyasi maraqlardan söhbət gedə bilməz”.

“Qara Tofiq” ləqəbi ilə tanınan Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli Abbas Abbasovla əlaqələrindən, baş nazirin sabiq müavinin göstərişi ilə Milli Şuraya qoşulmağından- danışıb. T. HüseynliPublika.Az –a bildirib ki, Abbas Abbasovla əlaqələri var, amma bu siyasi məsələlər üzərində qurulmayıb: “Yayilan xəbərlər yalandır. Abbas Abbasovla 7-8 ay qabaq Moskvada görüşmüşəm. Onun tapşırığı ilə İsa Qəmbəri Milli Şuraya gətirməyim də cəfəngiyatdır. Ümumiyyətlə Abbas Abbasovla münasibətlərim iki insanın münasibəti kimidir, hansısa siyasi maraqlardan söhbət gedə bilməz”.

T. Hüseynli Milli Şuranın A. Abbasov tərəfindən yaradıldığı barədə məlumatların da yalan olduğunu bildirib. Müşavirin sözlərinə görə, A. Abbasov onu müxalif mövqeyindən əl çəkməyə çağırıb: “Özü dəfələrlə bildirib ki, prezidentə sadiqdir. Məni də müxalif mövqedən əl çəkməyə çağırıb. Mən də ona siyasi söhbətləri bir kənara qoymağı təklif etdim. Hamı bilir ki, mən anadangəlmə müsavatçıyam və müsavatçılıqdan heç vaxt imtina etmərəm. Barəmdə yazını yazanlar həm də İsa Qəmbərə qarşı çıxmış olublar. İsa bəy elə insan deyil ki, kiminsə xahişi ilə qərar qəbul etsin, siyasi birliyə qoşulsun və ya oradan çıxsın. Təsəvvür etməzdim ki, nə vaxtsa Müsavat Partiyasına yaxın bir qəzetdə barəmdə belə yazı yazıla. Onu da deyim ki, cəbhə hakimiyyəti dövründə nazir olanda A.Abbasovla əlaqələrim olmayıb, ümumiyyətlə görüşməmişəm. Onunla təmasım ilk dəfə Moskvada görüşmüşəm. İsa Qəmbərin də Abbas Abbasovla əlaqəsinin olduğunu düşünmürəm”.

Qeyd edək ki, mühacirətdə yaşayan müsavatçı jurnalist Elbəyi Həsənli “Yeni Müsavat” qəzetində sensasion yazı ilə çıxış edib.Yazıda iddia olunur ki, İsa Qəmbər baş nazirin sabiq müavini Abbas Abbasovun istəyi ilə T. Hüseynlinin vasitəçiliyi sayəsində Müsavat Partiyasının Milli Şuraya üzv olmasına razılıq verib.

“Əvvəla onu deyim ki, müsavatçıların “Qara Tofiq” kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi dostlarından biridir...Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı münasibətdə olduğu Abbas Abbasovu təmsilən Bakıya gəldi. Çünki Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. İsa Qəmbərlə təmas üçün Abbas Abbasov “Qara Tofiqi” göndərdi Bakıya. İstəsələr təsdiq, ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək, razılaşıb…”-deyə müəllif yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm