İsa Qəmbərin adı 20 milyon dollar qalmaqalında - Şok iddia
Bizi izləyin

Nida.az

İsa Qəmbərin adı 20 milyon dollar qalmaqalında - Şok iddia

Müsavat Partiyasının Ali Məclis üzvü, partiya başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlinin Müsavat Partiyasının Milli Şura ilə bağlı qərarına əməl etməyərək qurumda fəaliyyətini davam etdirəcəyini deməsi partiya daxilində parçalanm

Müsavat Partiyasının Ali Məclis üzvü, partiya başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlinin Müsavat Partiyasının Milli Şura ilə bağlı qərarına əməl etməyərək qurumda fəaliyyətini davam etdirəcəyini deməsi partiya daxilində parçalanmanın anonsunu verdi. Lakin Müsavat rəhbərliyi hələ məsələ ilə bağlı münasibət bildirməyib.

“Yeni Müsavat” qəzetinin bu günki sayında İsveçrədə mühacirətdə olan müsavatçı jurnalist Elbəyi Həsənlinin imzası ilə yayımlan yazı isə “Qara Tofiq” ləqəbi ilə tanınan T. Hüseynliyə qarşı olduqca ciddi ittihamlar irəli sürülüb.
Publika.Az xəbər verir ki, müəllif T. Hüseynlini Rusiyaya işləməkdə, Abbas Abbasovla işbirliyində olmaqda ittiham edib: “Əvvəla onu deyim ki, müsavatçıların “Qara Tofiq” kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi dostlarından biridir. O, Müsavatda olduğuna görə hələ sovet dönəmində qazandığı iri kapitalı əldən verməli olub. İş o yerə çatıb ki, zamanında ən bahalı maşınlara sahib olan Tofiq bəy sonda piyada da gəzib. Və günlərin birində o, Moskvaya üz tutub. Xeyli müddətdir ki, Rusiya paytaxtında bizneslə məşğuldur… Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı münasibətdə olduğu Abbas Abbasovun təmsilçisi olaraq Bakıya gəldi. Çünki Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. Polkovnik İsa Sadıqovun Moskva görüşlərinə dair yazdığı yazılarda da görünməyən sima məhz Abbas Abbasovdur. Rüstəm İbrahimbəyova, onun vasitəsilə Azərbaycan müxalifətinə İlham Əliyevi devirmək üçün 20 milyon dollar vəd edən, bunun da bir qismini Bakıya göndərən də məhz odur! Rusiya adından danışan, vəd verən, Putinin Əliyev iqtidarını dəyişəcəyini əminliklə hər fürsətdə və hər toplantıda söyləyən də o – Abbas Abbasov olub. İsa Sadıqovun da iştirak etdiyi Moskva görüşlərinin birində “Mən istəyirəm Milli Şuranın sədri Eldar Namazov olsun” deyən Rüstəm İbrahimbəyovun üstünə çəmkirən də Abbas Abbasov cənabları idi. Nə demişdi həmin məqamda? “Eldar kimdi, onun başına adam yığmaq olar? Sən özün olacaqsan Milli Şuranın sədri ” – hökmünü də məhz Əsas Patron – Abbas Abbasov verib…”.

E. Həsənli qeyd edib ki, Milli Şuraya ilk gündən şübhə ilə və soyuq yanaşan Müsavat Partiyasının başqanı İsa Qəmbəri, sizcə, kim və necə razı saldı həmin quruma gəlməyə?
“İsa Qəmbərlə təmas üçün Abbas Abbasov “Qara Tofiq”i göndərdi Bakıya. İstəsələr təsdiq, ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək, razılaşıb…”-deyə yazıda müəllif bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm