Jirayr Liparidyan: “Minsk Qrupu özünü bitirib”
Bizi izləyin

Nida.az

Jirayr Liparidyan: “Minsk Qrupu özünü bitirib”

Jirayr Liparidyan: “Minsk Qrupu özünü bitirib”

“ATƏT-in Minsk Qrupu daha mövcud deyil, o, artıq özünü bitirib”. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında Ermənistan prezidentinin keçmiş baş müşaviri, tanınmış politoloq Jirayr Liparidyan bildirib.

Onun sözlərinə görə, Minsk Qrupu üçlüyü hətta tutaq ki, Nigeriya, Mali və Malta kimi ölkələrin edə biləcəyini belə eləmir: “ABŞ Nigeriyadan fövqəldövlət olması ilə fərqlənir. Deməli, onun prosesə hansısa təsiri olmalıdır. Amma Amerika deyir ki, heç nə edə bilməz və yalnız təkliflərlə çıxış edir”.

Xatırladaq ki, Liparidyan Qarabağ problematikasına az-çox realist yanaşan azsaylı erməni politoloqlarındandır. O, məsələnin həllində məhz ABŞ-ın həlledici rol oynaya biləcəyini düşünür.

musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm