Rəsmi etiraf: kürdlər kütləvi şəkildə Azərbaycana köçürülür
Bizi izləyin

Nida.az

Rəsmi etiraf: kürdlər kütləvi şəkildə Azərbaycana köçürülür

Qərbi Azərbaycan vilayətinin (ostan) mərkəzi olan Urmiya şəhərinə kürdlərin köçürülməsi prosesi sürətlənib.

Qərbi Azərbaycan vilayətinin (ostan) mərkəzi olan Urmiya şəhərinə kürdlərin köçürülməsi prosesi sürətlənib. Publika.Azxəbər verir ki, Qərbi Azərbaycanın valisinin siyasi məsələlər üzrə müavini İsa Qənbəri bu açıqlama ilə çıxış edib. O, müəyyən siyasi məsələlərlə bağlı kürdlərin Urmiyaya məqsədli köçünə işarə etmədən bu məsələyə laqeyd qalmağın ciddi problemlər yaradacağını bildirib.

GünAztv televiziyasının araşdırmalarında aydın olub ki, terrorçu qruplaşmaların göstərişi ilə kürdlər planlı şəkildə Azərbaycanın qərbinə köçürülür. İran rejimi isə onlarla əlbir olaraq bu qanunsuz və təhlükəli məsələdə kürdlərə şərait yardır. Son dövrlərdə Həsən Ruhaninin prezident seçilməsi ilə kürdlər daha da ürəklənib və artıq Azərbaycanın həmin ərazilərinin Kürdüstana qatılmasını tələb edirlər.

Tehran universitetinin tanınmış müəllimi (ustad), Haşimi Rəfsəncaniyə yaxın düşərgənin nəzəriyyəçilərindən olan Sadiq Zibakəlamin “Khabar online” saytında yayımlanan məqaləsində isə bildirilir ki, Pəhləvi rejimi vaxtilə 300000 iraqlı kürdü İranda-xüsusi ilə Qərbi Azərbaycan vilayətində məskunlaşdırıb.

“Hicri şəmsi təqvimi ilə 1354-cü ildə Şah rejimi ilə Səddam Hüseyn arasında Əlcəzair kimi tanınan razılaşma müqaviləsi imzalandı və Tehranla Bağdad arasında atəşkəs elan olundu. Şah rejimi Səddama qarşı iraqlı kürdlərə dəstək verməyi dayandırdı və Səddam da Şaha qarşı fəaliyyət göstərən qüvvələri dəstəkləməyə son verdi. Təxminən 300000 iraqlı kürd 1, 2 il ərzində İrana sığındılar. Şah rejimi onları Kərəc bölgəsi və digər məntəqələrdə yerləşdirdi. Bunlar sonralar məktəbə, universitetə getdilər, evləndilər və iranlı oldular”-deyə məqalədə bildirilir.

Bu arada kürd terrorizmi ilə mübarizədə qəhrəman kimi tanınan Urmiya şəhərinin İmam cüməsi Höccətul İslam Həsəni vəzifəsindən uzaqlaşdırılıb. Ölkə İmam Cümələri işləri üzrə şuranın rəisi deyib ki, Qərbi Azərbaycanda Vəliye Fəqihin nümayəndəsi və Urmiyanın yeni İmam cüməsi bu həftə təqdim olunacaq: “Həftə içində Vəliye Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyanin İmam Cüməsi dəyişəcək. Biz bir çox şəxs barəsində düşündük, ancaq bu nəticəyə çatdıq ki, Seyid Mehdi Qureyşi bu posta təyin edilsin. Lakin hələlik onun hökmü təsdiqlənməyib”.

Seyidrza Təqəvi bu dəyişikliyi Höccətu-l- İslam Həsəninin xəstəliyi ilə əlaqələndirib və ona fəaliyyətinə görə təşəkkür də edib.


Qeyd edək ki, bölgənin kürdləşdirilmə prosesinə qarşı çıxan, əhali arasında qəhrəman kimi tanınan Həsəni Qərbi Azərbaycanda türklər üçün mənəvi dayaq hesab olunur. Onun bu postdan getməsi kürd terrorçuları üçün yeni imkanlar açacağı, eləcə də kürdləşdirmə siyasətinin daha açıq şəkildə aparılacağı ehtimal olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm