Bayram Səfərov: “Jirinoviski Türkiyədə nə qələt edibsə..”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Jirinoviski Türkiyədə nə qələt edibsə..”

Bayram Səfərov: “Jirinoviski Türkiyədə nə qələt edibsə..”


“Jirinoviski rus xalqı, yaxud Rusiya hökuməti adından danışa bilməz. O kimdir ki? Aşkar görünür ki, dəlidir, başı çatmır”.

Bu barədə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov Publika.Az-a açıqlamsında Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinoviskinin son vaxtlar Azərbaycana qarşı səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. İcma rəhbəri bildirib ki, Jirinoviskinin Azərbaycana, ümumilikdə türklərə nifrəti şəxsidir: “Bu şəxsi nifrətdir, millətçilik deyil. Bildiyimə görə, vaxtilə Türkiyədə həbsdə olub. Görünür nə qələt edibsə, dərsini veriblər. O vaxtdan nifrəti yaranıb”.

B. Səfərov Jirinoviskinin iddialarına görə Rusiyaya etiraz etmək fikrində olmadıqlarını deyib.
“O kimdir ki, ondan ötrü Rusiyaya etiraz edək. Rusiyanın 150 milyon əhalisi var, Jirinoviski kimdir?! Ona baş qoşmaq lazım deyil. Tərbiyəsi yoxdur. “Vid-fason”u nə gündə, ağzını açanda ona baxanda adam iyrənir”- deyə icma rəhbəri vurğulayıb.

Qeyd edək ki, həmişə Azərbaycana qarşı yanlış iddialar irəli sürən V. Jirinoviski növbəti iddiasında Qarabağın Rusiyaya birləşdirlməsini səsləndirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm